Yüklənir
Həyatın nəbzini sağlam tut!
Yüklənir

Rəsmi tərəfdaş markaABŞ mənşəli bərpa texnologiyaları markası. Perkussiya masajı, pnevmatik kompressiya və isitmə terapiyası cihazları.
Marka haqqında
Hyperice ABŞ-da peşəkar idmançıların bərpa ehtiyacından doğulub. Bu gün NBA, NFL və olimpiya komandalarının soyunma otaqlarında Hyperice cihazları standart avadanlıqdı. Perkussiya masajı (Hypervolt), pnevmatik kompressiya (Normatec) və isitmə-vibrasiya terapiyası (Venom) — üç fərqli metod, bir məqsəd: əzələni məşqdən sonra daha tez işlək vəziyyətə qaytarmaq. lumeviva Hyperice məhsullarını Azərbaycana rəsmi olaraq gətirir.
Niyə Hyperice?
01
NBA və olimpiya səviyyəli komandalar Hyperice cihazlarını gündəlik bərpa proqramında işlədir.
02
Perkussiya, kompressiya və isitmə — hansı əzələ qrupuna nə lazımdısa, ona uyğun cihaz var.
03
Ayaqlarda 5 zonalı dinamik təzyiq qan dövranını sürətləndirir və yorğunluğu azaldır.
04
Hypervolt mühərriki gücü itirmədən səssiz işləyir — evdə, ofisdə, zalda maneə olmur.
05
Venom seriyası kəmər kimi geyilir: isitmə və vibrasiya eyni anda, əl işlətmədən.
Kataloqdan